Xameneinin Sünik bəyanatı və Putinin Şimal-Cənub nəqliyyat dəhlizi istəyi...

İran lideri Əli Xameneinin Tehran da Ərdoğana ünvanladığı Sünik bəyanatından sonra “Zəngəzur dəhlizi”nin də daxil olduğu Şimal-Cənub nəqliyyat dəhlizinin işlək olması Ermənistan və İranın geosiyasi maraqlarına nə qədər xidmət edir?...

Politoloq: “Tehran “Zəngəzur dəhlizi”nin İran və Ermənistanın müştərək nəzarətində olmasını istəyir”.

“Bu regional korperasiya sülhə və təhlükəsizliyə öz tövbəsini verir. Buna görə də Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsi həm də “Zəngəzur dəhlizi”nin çəkilişinə müsbət tövbə verir”.

Bu sözləri politoloq İlyas Hüseynov Putinin Şimal-Cənub nəqliyyat dəhlizinin işlək olmasının səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Putinin Tehranda Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsi və daha da şaxələnməsinə maraqlı olduğu göründü. Dünən isə eyni mövzunu, Azərbaycan və Rusiya xarici işlər nazirləri Şimal-Cənub nəqliyyat dəhlizini müzakirə ediblər.

Təbii ki, sanksiyalardan sonra lojistik problemlərlə üzləşən Rusiyanın Şimal-Cənub nəqliyyat dəhlizinin tam şəkildə istifadəyə verilməsi və kenişləndirilməsi Mockvanın iqtisadi maraqlarının əsas proritetinə çevrilib. Lakin o da faktdır ki, Ermənistan il 10 noyabr bəyanatında nəzərdə tutlan və Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsi olaraq nəzərdə tutulan “Zəngəzur dəhlizi”nin çəkilişini bütün vasitələrlə yubadır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Ermənmistan bu yolun layihələşdirilməsinə belə başlamayıb.

Digər tərəfdən isə Astana üçlülüyünün Tehran sammitində İran lideri Əli Xamanei Türkiyə prezidenti Ərdoğanla görüşündə Ermənistan-İran sərhədində dəyişikliklərin olmasını İran üçün yolverilməz olduğunu dilə gətirib. “Zəngəzur dəhlizi”nin də məhz həmin ərazidən keçəcəyini nəzərə alarsaq, o zaman İranın “Zəngəzur dəhlizi”nə qarşı olduğu ortaya çıxır.

Zəngəzur dəhlizinin də daxil olduğu Şimal-Cənub nəqliyyat dəhlizinin işlək olması Ermənistan və İranın geosiyasi maraqlarına nə qədər xidmət edir və yaxın zamanda Rusiya bu dəhlizin aktiv fəaliyyətinə nail ola bilərmi? Eyni zamanda bu dəhliz 3+3 formatını yenidən aktuallaşdıra bilərmi?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq İlyas Hüseynov ilə müzakirə edib.

İlyas Hüseynov: “Gələcəkdə “Zəngəzur dəhlizi”ndən İrana doğru yeni yolun çəkilməsini də istisna etmək olmaz. İranda bu yolun Rusiyanın deyil, Ermənistanın və qismən də İranın nəzarətində olmasını istəyir. Xameneinin bəyanatı da bu istiqamətdən yozulmalıdır”.

Şimal-Cənub nəqliyyat dəhlizinin 3+3 platformasında həyata keçirilən fəaliyyətlərin də inkişaf etdirilməsinə xidmət etdiyini vurğulayan politoloq PİA.az-a bildirib ki, məhz Rusiya-Türkiyə-İranın ortaq fikirdə olması həm Cənubi Qafqazda, Yaxın Şərqdə həyata keçirilən fəaliyyətdə maraqların uzlaşması və vahid mövqeyin formalaşması böyük bir coğrafiyada sülhün qorunmasını təşviq edir:

“Türkiyə NATO portfelinə daxil olduğu üçün Qərbin müttəfiqi hesab olunur. Lakin Türkiyəyə qarşı da vaxtaşırı olaraq Qərbdən iqtisadi təzyiqlər tətbiq olunur. Lakin Rusiya-Ukrayna müharibəsi fonunda Türkiyənin mövqeyi beynəlxalq aləmin də diqqət mərkəzindədir. Ukraynanın ərazi bütövlüyünü dəstəkləməklə yanaşı Türkiyə həm də Rusiyaya qarşı tətbiq olunan iqtisadi sanksiyalara qoşulmur.

İranla Rusiya arasında Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsi də mühim aktuallıq kəsb edir. Uzun illərdir ki, bu sahədə iş həyata keçirilir. Azərbaycan da nəqliyyat yükdaşımaçılığı istiqamətində bir sıra təşəbbüslərlə çıxış edir. Bu xüsusda Ələt iqtisadi zonası və “Zəngəzur dəhlizi”nin çəkilməsi ilə bağlı həyata keçirilən layihələr də regionun iqtisadi və nəqliyyat xabına çevrilməsi ilə bağlı böyük bir planın tərkib hissəsidir.

Şimal-Cənub nəqliyyat dəhlizinin çox yaxşı perspektivləri var. Dəhlizin böyük bir coğrafiya ərazisində əlaqənin təmin olunmasında böyük rolu var. Eyni zamanda Tehran-Bakı-Moskva üçbucağın daha da möhkəmləndirir və iqtisadi əsaslarını dayanıqlı edir. Həm də bu regional korperasiya sülhə və təhlükəsizliyə öz tövbəsini verir. Buna görə də Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsi həm də “Zəngəzur dəhlizi”nin çəkilişinə müsbət tövbə verir.

İlyas Hüseynov: “Şimal-Cənub nəqliyyat dəhlizi 3+3 platformasında həyata keçirilən fəaliyyətlərin də inkişaf etdirilməsinə xidmət edir. Rusiya da bu məsələdə həddindən artıq maraqlıdır”.

İranın Ali Dini liderinin Tehranda Astana üşlüyüynün toplantısında verdiyi İran-Ermənistan sərhədi ilə bağlı bəyanatına gəlincə isə, hesab edirəm ki, Tehranı əsas narahat edən məsələ bu dəhlizin tam olaraq Rusiyanın nəzarəti altında olması ilə bağlıdır. Mən hesab edirəm ki, İran “Zəngəzur dəhlizi”nə qarşı deyil, lakin bu dəhlizin Rusiya FTX-nın nəzarətində olması İranın bu dəhlizdən istifadə etməsinə əngəllər yaradır. Düşünürəm ki, gələcəkdə “Zəngəzur dəhlizi”ndən İrana doğri yeni yolun çəkilməsini də istisna etmək olmaz. İranda bu yolun Rusiyanın deyil, Ermənistanın və qismən də İranın nəzarətində olmasını istəyir. Xameneinin bəyanatı da bu istiqamətdən yozulmalıdır. Daha doğrusu Tehran “Zəngəzur dəhlizi”nin İran və Ermənistanın müştərək nəzarətində olmasını istəyir. Çünki dəhliz İran sərhədi boyunca Ermənistan ərazisindən keçəcək və bu halda İran Rusiyanın həm Türkiyəyə, həm də Yaxın Şərqə doğru hərəkətlərini nəzarətdə saxlaya biləcək.

Həmçinin Şimal-Cənub nəqliyyat dəhlizi 3+3 platformasında həyata keçirilən fəaliyyətlərin də inkişaf etdirilməsinə xidmət edir. Rusiya da bu məsələdə həddindən artıq maraqlıdır. Məhz Rusiya-Türkiyə-İranın ortaq fikirdə olması həm Cənubi Qafqazda, həm də Yaxın Şərqdə həyata keçirilən fəaliyyətdə maraqların uzlaşması və vahid mövqeyin formalaşması demək olacaq ki, bu da böyük bir coğrafiyada sülhün qorunmasını təşviq edir”.

Nərminə UMUDLU pia.az