"Qəbələ"nin müdafiəçisinin son durumu açıqlanıb

Macarıstanda "Fehervar"a qarşı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda zədələnən "Qəbələ"nin futbolçusu İlkin Qırtımovun son durumu açıqlanıb.

Klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyevin "Report"a verdiyi məlumata görə, 32 yaşlı müdafiəçi xəstəxanaya yerləşdirilib.

O, sistem köçürülən oyunçunun 6 saat həkim nəzarəti altında qalacağını bildirib: "Həkimlər beynində silkələnmə ola biləcəyindən şübhələnirlər. Ona görə də nəzarətdə saxlanılmalıdır".

Qeyd edək ki, İlkin Qırtımov ilk hissənin sonlarına yaxın başından ciddi zədə alıb. Dili qatlanan futbolçuya ilk yardımı komanda yoldaşı Asif Məmmədov edib. Meydanı xərəkdə tərk edən müdafiəçi Rüfət Əhmədovla əvəzlənib.

pia.az