Bu ölkədə "yaşıl meymun qızdırması" aşkarlandı

Qana rəsmiləri təhlükəli və nadir Marburq qızdırması barədə faktı təsdiqləyib.

"Yaşıl meymun xəstəliyi" adlanan bu qızdırma neçə müddət idi ki, insan populyasiyasında yox idi. "Ölkədə 2 nəfərdə Marburq virusuna yoluxma halı aşkarlanb. Aparılan testlər bunu təsdiq edib. Qaana rəsmiləri bundan narahatdır" - deyə rəsmi məlumatda yazılıb.

2 xəstə və 98 nəfər onlarla təmasda olanlar karantinə alınıb.

Qeyd edək ki, marburq qızdırması Nil, Ebola, Lassa qızdırması kimi xüsusi təhlükəli infeksiyalar qrupuna daxildir.

Ölüm faizi 35-30%-dir. İnfeksiya alovlanması zamanı hətta 90% çata bilər.

Virus ilk dəfə 1967-ci ildə aşkarlanıb və alman şəhəri Marburqun şərəfinə adlandırılıb. (bakupost)

pia.az