BMT-dən kütləvi aclıq və nəzarətsiz miqrasiya ilə bağlı xəbərdarlıq

“Hazırda mövcud olan ərzaq böhranının həlli üçün heç bir tədbir görülməsə, bəşəriyyət kütləvi aclıq, siyasi sabitliyin pozulması və nəzarətsiz miqrasiya ilə üzləşəcək”.

Bu barədə BMT-nin Ümumdünya Ərzaq Proqramının direktoru Devid Bisli xəbərdarlıq edib.

Onun sözlərinə görə, bəşəriyyət artıq görünməmiş böhranla üz-üzədir.

“Əgər bununla strateji və effektiv şəkildə mübarizə aparmasaq, o zaman kütləvi qıtlıq, onlarla ölkədə sabitliyin pozulması və kütləvi miqrasiya ilə üzləşəcəyik”, - deyə ekspert proqnoz verib.

D.Bisli bu problemin güclənməsi ilə əlaqədar bu illə müqayisədə gələn il vəziyyətin daha pis olacağını vurğulayıb. O hesab edir ki, yaxın 12 ayda dünyanın müxtəlif yerlərində insanlar ərzaq məhsullarının bahalaşması ilə bağlı çətinliklərlə üzləşəcəklər.

pia.az