Putin İranda Astana formatında keçiriləcək iclasda iştirak edəcək

Rusiya Prezidenti Vladimir Putin iyulun 19-da Suriya üzrə Astana prosesinin təminatçısı olan dövlət başçılarının (Rusiya, İran, Türkiyə) sammiti üçün İranın Tehran şəhərinə gedəcək.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Sammit çərçivəsində Rusiya lideri iranlı və türkiyəli həmkarları İbrahim Rəisi və Rəcəb Tayyib Ərdoğanla ikitərəfli danışıqlar aparacaq, həmçinin İranın dini lideri və rəhbəri Əli Xamenei ilə görüşəcək.

pia.az