İranda Suriya probleminin həlli üçün zirvə toplantısı keçiriləcək

Sabah Tehranda Suriya probleminin həlli üçün Astana prosesi ölkələrinin zirvə toplantısı keçiriləcək.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın xarici işlər naziri Hüseyn Əmirabdullahiyan deyib.

O bildirib ki, zirvə görüşündə İran, Rusiya və Türkiyə prezidentləri iştrak edəcək. Onun sözlərinə görə, görüşün əsas gündəliyi Suriyadakı vəziyyətdir. O, Suriyada gərginliyin azaldılması və sabitliyin yaradılmasının zəruriliyini vurğulayıb:

"Mən Suriya və Türkiyəyə səfər zamanı prezident İbrahim Rəisinin bu məsələ ilə bağlı mesajını çatdırdım. İclasda münaqişə bölgəsində gərginliyin azaldılması, Suriyalı qaçqınların qayıtması və Suriyada sabitliyin yaranmasına yardım kimi məsələlər müzakirə olunacaq".

pia.az