Vətən müharibəsi şəhidinin övladı faciəvi şəkildə öldü

Gəncədə bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, 2017-ci il təvəllüdlü H.Cəfərli ötən axşam şokolad kağızının boğazında qalması şübhəsi ilə xəstəxanaya gətirilib. Müayinə zamanı azyaşlının nəfəs borusuna yad cisim düşməsi nəticəsində öldüyü müəyyən olunub.

Qeyd edək ki, H.Cəfərli Vətən Müharibəsi şəhidi Həmid Cəfərlinin övladıdır.

Faktla bağlı araşdırma aparılır.

pia.az