MİQ imtahanında riyaziyyat suallarının bəzi namizədlərə paylanmasına münasibət bildirilib

Müəllimlərin İşə Qəbulu imtahanlarında riyaziyyat fənni üzrə imtahan suallarının bəzi müəllimlərə paylanılması haqda yayılan iddialara aydınlıq gətirilib.

Təhsil İnstitutundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, sosial media resurslarında riyaziyyat fənni üzrə test imtahanlarına dair səsləndirilən fikirlərlə bağlı Təhsil İnstitutu müvafiq araşdırmalar aparır.

"Fənn müəllimləri və ekspertlərin iştirakı ilə aparılan araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək" - deyə məlumatda qeyd olunub.

pia.az