AZAL Bakı-London reysinin uçuş cədvəlini dəyişib

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Böyük Britaniyanın paytaxtı Londonun “Hitrou” hava limanındakı (LHR) məhdudiyyətlərlə əlaqədar Bakı-London-Bakı reysinin iyulun 19-na olan uçuş cədvəlində dəyişiklik edib.

Bu barədə PİA.az AZAL-a istinadən xəbər verir.

Məlumata görə, Bakıdan Londona uçuş saat 11:55-də, Londondan Bakıya uçuş isə saat 15:55-də (yerli vaxtla) həyata keçiriləcək.

Sözügedən reysin sərnişinləri əlavə suallarla bağlı aviaşirkətin callcenter@azal.az ünvanına müraciət edə bilərlər.

pia.az