Türkmənistanda Rusiyanın xəbər saytları bağlandı

Türkmənistanda Rusiya xəbər saytları bağlanıb.

Rusiya nəşrləri respublika sakinlərinin əlçatan olduğu son xarici KİV idi.

Bundan əlavə, hakimiyyət ABŞ-ın “Cloudflare” şirkətinin xidmətlərini bloklayıb, onun köməyi ilə ölkədəki saytların üçdə ikisi işləyirdi.

Nəticədə, respublikada internetin yalnız adı qalıb: hətta VPN xidmətləri və ödəniş sistemlərində də problemlər var.

pia.az