Xalq artisti buna görə heç vaxt toya getmir

Xalq artisti Mübariz Tağıyev ilk dəfə toylara getməməyinin səbəbini açıqlayıb.

PİA.az axşam.az-a istinadən xəbər verir ki, müğənni bu haqda "10-da görüşək" proqramında danışıb. O bildirib ki, illər əvvəl buna görə Qurana əl basıb and içib:Ətraflı

"Rəşid Behbudovun müəyyən istəyi var idi: dedi, ya o, ya bu. Dedim, yaxşı. Gətirdi stolun üstünə Quran qoydu, dedi, əlini qoy onun üstünə, bir qorxu budur. O vaxtlar toylara gedənləri flarmoniyanın qapısından buraxmazdılar. Həmin vaxtdan toy məsələsi bitdi".

pia.az