Ermənistanda rejissor-prdüser Armen Qriqoryan məhkəmə zalında ölüb - Video

PİA.az xəbər verir ki, Ermənistanda iclas zalında mühakimə olunan prodüser Armen Qriqoryan ölüb.

Məlumata görə, vəkil çıxış edən zaman müvəkkili özündən gedib. Bu səbəbdən məhkəmə iclası təxirə salınıb, lakin müttəhimin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, prodüser və rejissor sayılan Armen Qriqoryan bu il mayın 17-də polis tərəfindən saxlanılıb, mayın 18-də isə barəsində həbs qətimkan tədbiri seçilib. Ermənistan Milli Təhlükəsizlik Xitmətinin versiyasına əsasən, o, müsahibələrində Şirak və Ararat vilayətlərinin sakinlərinin şərəf və ləyaqətlərini təhqir edib. O, bildirib ki, vilayətlərinin sakinləri erməni deyil, türkdürlər.

pia.az