Azərbaycanlı zəvvarların Həcc ziyarəti ilə bağlı dini ayinləri başa çatıb

“Azərbaycanlı zəvvarların Həcc ziyarəti ilə bağlı dini ayinləri bitib”.

Bunu APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Azərbaycan Həcc Missiyasının elektron sistemi üzrə məsul şəxsi Vüsal Cahangiri bildirib. Onun sözlərinə görə, hazırda zəvvarlar Məkkənin tarixi müqəddəs yerlərini ziyarət edirlər:

“İyulun 16-17-də zəvvarlarımız Mədinəyə səfər edəcəklər. İyulun 19 və 20-də isə zəvvarlar geri dönəcəklər”.

Qeyd edək ki, pandemiyadan sonra bu il ilk dəfə 680 zəvvar Azərbaycandan Həcc ziyarətinə gedib. Həcc ziyarətinə səfər iyunun 29, 30 və iyulun 1, 2-də təşkil olunub.

pia.az