Mingəçevirdə olduğu vaxt Şamaxıda "radara düşdü" - Foto

Mingəçevir sakininə guya Şamaxıda sürət həddini pozduğu üçün cərimə tətbiq olunub.

Şəhər sakini Əfəndiyev Rahib Həmzə oğlu "Unikal"a bildirib ki, qayda pozuntusu ilə bağlı nömrəsinə mesaj göndərildikdən sonra Mingəçevir şəhər Dövlət Yol Polisi bölməsinə gedib. Orada sürücüyə bildirilib ki, cərimə guya "Toyota" markalı maşınla Şamaxıda radara düşdüyü üçün tətbiq olunub.

"Onlara dedim ki, son bir neçə il ərzində Mingəçevirin ən yaxşı halda 20-30 kilometrliyində olan yaşayış məntəqlırində olmuşam. Şamaxıya isə, ümumiyyətlə, yolum düşməyib. Mənim "Toyota" markalı maşınım da yoxdur. Şəxsi avtomobilim "Mercedes" markalıdır və dövlət qeydiyyat nömrəsi də fərqlidir", - deyə R.Əfəndiyev qeyd edib.

O, məsələ ilə bağlı 102 xidməti-zəng mərkəzinə məlumat verib.

pia.az