Özünü öldürən gömrükçü bu məşhurun oğlu imiş - Foto

Xəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük idarəsinin mobil gömrük şöbəsinin rəis müavini Əli Cahangirli intihar edib.

PİA.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, Əli Cahangirli məşhur tarixçi və tədqiqatçı, Nehrəm Xeyriyyə Cəmiyyətinin İdarə Heyətinin və BAO Mərkəzi Şurasının üzvü Nəcəfalı Cahangirlinin oğludur.

Əli Cahangirli 13 iyul 2022-ci ildə Astara rayonu Rüdəkənar kəndində intihar edib.Mərhumun qardaşı Araz Cahangirli bildirib ki, hazırda qardaşının ölüm səbəbi araşdırılır:

"Qardaşım Astarada yaşadığı evdə intihar edib. Naxçıvanın Nehrəm qəsəbə qəbristanlığında torpağa tapşırılacaq”.

pia.az