Salyanda özünü ocağa ataraq yandıran qadın öldü 

Salyan rayonunun Qarabağlı kəndində özünü yandıran qadın ölüb.

APA-nın məlumatına görə, o, bu gün səhər saat 5 radələrində 5 saylı Şəhər Klinik Xəstəxanasının yanıq şöbəsində ölüb.

Qeyd edək ki, kənd sakini, 1962-ci il təvəllüdlü Əsədova Mədinə Hənifə qızı özünü ocağa ataraq yandırıb.

pia.az