Rusiyanın daha bir generalının Xersonda öldürülməsi ilə bağlı məlumat yayılıb

ABŞ-ın Ukraynaya verdiyi və Rusiya ordusunun əsil probleminə çevrilən HIMARS yaylım atəş sistemindən açılan dəqiq zərbə nəticəsində Rusiyanın 22-ci ordu korpusunun qərargah rəisi, günüral-mayor Nasbulin öldürülüb.

PİA.az xəbər verir ki, bu barədə Odessa Vilayt Hərbi Adminstrasiyasının sözçüsü Serqey Bratçuk məlumat verib. Bratçukun sözlərinə görə Xesondakı silah cəbbəxanasının vurulması zamanı general Nasbulindən başqa 5 yüksək rütbəli Rusiya zabiti və 150 yaxın əsgər də məhv edilib.

Qeyd edək ki, son günlər Ukrayna ordusu HIMARS yaylım atəş sistemindən istifadə etməsindən sonra ruslara bütün cəbhə boyu ağır zərbələr endirib. Son 3 gündə Rusiyanın arxa cəbhədəki 10-a yaxın cəbbəxanasının məhv edildiyi bildirilir.

Bundan əvvəl isə HIMARS-dan açılan atəş nəticəsində 106-CI hərbi-desant diviziyasının komandie heyətinin məhv edilməsi barədə xəbərlər yayılmışdı.

pia.az