Beyləqanda fermada yanğın olub

Beyləqan rayonunun Mil qəsəbəsində ferma ərazisində ümumi sahəsi 56 m² olan qamışdan ibarət talvar yanıb.

Fövqəladə Hallar Nazirliyinin saytı bildirir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

pia.az