Tərtərdə Qurban Bayramı qeyd olunub - Yenilənib

Hər il olduğu kimi bu il də Tərtər rayonunda Qurban Bayramı böyük təntənə ilə qeyd olunur.

Bayram münasibəti ilə şəhərin Cavanşir küçəsi 84 ünvanında yerləşən kəsim məntəqəsində bütün gigiyenik qaydalara və dini ənənələrə əməl edilərək qurban kəsiləcək heyvanlara dualar oxunub, qurbanlar kəsilib. Şəhid ailələri, qazilərə, Çernobil əlillərinə, axsaqqallara, tənha kimsəsizlərə, aztəminatlı ailələrə və hərbi hissələrə qurban payları göndərilib. Rayon rəhbərliyi çalışır ki, ehtiyacı olan heç bir ailə diqqətdən kənar qalmasın, bayram günlərində onların hər birinin süfrəsində bayram payı olsun.

Tərtər sakinləri onlara göstərilən diqqət və qayğıya görə razı qaldıqları üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

##galery##

pia.az