Bir milyona yaxın müsəlman hacı olub

Səudiyyə Ərəbistanına Həcc ziyarətinə gedən 1 milyona yaxın müsəlman müqəddəs torpaqlarda hacı olub.

APA Anadolu agentliyinə istinadən xəbər verir ki, müsəlmanlar gecə yarısından bəri 3,5 kilometrlik qruplar halında toplanaraq şeytan daşlama ayinlərini yerinə yetiriblər.

Beləliklə, bütün vəzifələrini yerinə yetirən müsəlmanlar artıq hacı olublar. Zəvvarlardan bəziləri səhər və bayram namazlarını Kəbədə qıla bilib.

Qeyd edək ki, pandemiya dövründə Həcc ziyarətinə ciddi məhdudiyyət tətbiq edilib. 2020-ci ildə pandemiyanın ən şiddətli dövründə Həcc ziyarətinə təxminən 10 min nəfər gedə bilib. 2021-ci ildə isə Səudiyyə Ərəbistanı vətəndaşları və bu ölkədə daimi yaşayan əcnəbilər arasında 60 000 nəfərə ziyarət nəsib olub.

Bu il ümumilikdə, Azərbaycandan 680 zəvvar ziyarətə getmək üçün müraciət edib.

pia.az