Bakı Nəqliyyat Agentliyinin “bio-smart” dayanacağı:nda qarpız satırlar - Foto

Bakının Nizami rayonu, “Qara Qarayev” metrostansiyasının yaxınlığında, Azər Manafov küçəsi 15 ünvanında avtobus dayanacağını qarpız dolu “QAZel” markalı nəqliyyat vasitəsi zəbt edib.

Sakinlərin Pravda.az-a bildirdiyinə görə, həmin nəqliyyat vasitəsi avtobusların dayanacağa yaxınlaşmasına əngəl yaradır.

Qeyd olunub ki, ərazi üzrə aidiyyatı şəxslər məlumatlandırılsa da, nəticə olmayıb.

Satıcı sakinlərə dayanacaqda fəaliyyət üçün razılıq aldığını bildirib.

pia.az