Paşa Talıblı: "Ömür kimi bəxtəvərəm..."

***( Emil Rasimoğluna)

...yaşasın qələmin, şair,yükü söz olan qələmin!...şəhdi-şəkər mürəkkəbihaqdan süzülən qələmin!

Şair, dünya çəmənlikdihər söz bir şeh örtüyündə.Sən də yaşa qələminnən,yaşa cəllad kötüyündə!

Qabaqda illərin durur-hələ yüz, hələ min, şair!...yaşa cəllad kötüyündə,yaşasın qələmin, şair!

Kərəm dastanı...

Ay ürək, ağlımın yandığı yersən...Bəxtəvər başıma mənim, ay ürək!Elə Əsli- deyib haray çəkirəm...Kərəmin günüdü günüm, ay ürək!

Elə yandırırsan məni, ay ürək,elə köz basırsan dilimin üstə.Neçə yol alışıb kül olmuşam mən!...külümü yığıram külümün üstə.

Məni yandırırsan odsuz-ocaqsız...Odsuzdu gözünü oda dikənlər!...dünya yaranandan Qara keşiş var;bitib aramızda qara tikanlar!

...Lələ gədiklərdə düşüb borana,sənin Ərzurumda üzün açılmır....düymələr açılmır səhərə qədər,tərslikdən səhərin gözü açılmır.

Məni yandırırsan odsuz-ocaqsız...Kərəmin günüdü günüm, ay ürək!

***...mən də belə yaşayıram,bax...beləcə bax, əzizim!Tamam dərdəm...ona görəgörünürəm çox, əzizim!

...bir daşam, çox daş deyiləm,özümlə çağdaş deyiləm!...mən hardan çıxdaş deyiləm,lap ordan da çıx, əzizim!

...yoluxmasın bəxtə vərəm!...bu fırlanan bəxtə vələm!...ömür kimi bəxtəvərəm,tale kimi yox, əzizim!

Axsaq sonet..

Vallah, şer nə ceyrandı, nə cüyürdü...Vallah, bir də ceyran gəlməz cüyür gəlməz!...şer gəzən yaylaqların dadı özgə!Hər şairin yaylağına şer gəlməz...

...hürkəkdilər, bir də gördün hürküşdülər!...şər deməsən xeyir gəlməz, şah sağ olsun!...ilham qatıb qabağına gətirməsəöz-özünə şer gəlməz, şah sağ olsun!

...yaylaq deyil, bir gəzməli seyrangahdı!...yaylaqlara bir də şer gələcəkmi?...gələcəkmi? Onu bilən bir Allahdı!

...yaylaqlarda qaldı mənim yaylaq şerim!...əl elədi mənə gendən yaylıq şerim!Ümidimin yaylığını yel apardı...

Paşa TalıblıAzərbaycan Yazıçılar Birliyinin üzvü

pia.az