Gəncədə mənzildən meyit tapılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

PİA.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Nazirliyin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1965-ci il təvəllüdlü Kərimov Arif Hidayət oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

pia.az