Sabir Rüstəmxanlının 15 cildlil seçilmiş əsərlərinin V cildi çap edilib

Xəbər verildiyi kimi, Azərbaycanın Xalq şairi Sabir Rüstəmxanlının 15 cildlik seçilmiş əsərlərinə şeir və poemaları, publisist yazıları, pyes, roman, povest və hekayələri, eləcə də dünya ədəbiyyatından tərcümələri, çıxışları və yol qeydləri toplanıb.

Seçilmiş əsərlərin yaxın üç ildə tamamlanması nəzərdə tutulur. Bu günlərdə dördüncü cild çapdan çıxıb.

Dördüncü cildə müəllifə ümumxalq məhəbbəti qazandırmış və çox böyük tirajla çap olunmuş "Ömür kitabı" adlı əsəri ilə yanaşı ölkəmizdə müstəqil demokratik mətbuatın ilk qaranquşu olan məşhur "Azərbaycan" qəzetində çap etdirdiyi "Azərbaycan harayı" adlı silsilə publisist yazıları daxil edilib.

Qeyd edək ki, ötən əsrin 80-90-cı illərində Azərbaycan bədii publisistikasında şah əsər olan "Ömür kitabi" və "Azərbaycan" qəzeti gənc nəslin milli şüurunun formalaşması və inkişafında, dövlət müstəqilliyinin bərpası uğrunda aparılan mübarizədə müstəsna rol oynayıb.

pia.az