Ukrayna Prezident Ofisi Vladimir Putinə cavab verib

Ukrayna Prezident Ofisi Rusiya Prezidenti Vladimir Putinin Ukraynada müharibə ilə bağlı fikirlərinə münasibət bildirib.

“Report”un xəbərinə görə, ofis rəhbərinin müşaviri Oleksey Arestoviç “UKRLİFE” TV-yə müsahibəsində deyib ki, Rusiyanın qarşısıalınmaz hücumları artıq arxada qalıb.

O söyləyib ki, Rusiya müharibəni başlamayıb, ancaq artıq bitirir: “2-3 həftəyə, uzağı ayyarıma Rusiyanın hücum cəhdləri ilə bağlı hay-küylər kəsiləcək”.

Qeyd edək ki, ötən gün V.Putin bildirib ki, Rusiya Ukraynada ciddi işə hələ başlamayıb.

pia.az