Çinin Sian şəhərində koronavirusa görə məhdudiyyət tətbiq edilir

Çinin Sian şəhərində son sutka ərzində koronavirusa 18 yeni yoluxma aşkar edilib.

APA xəbər verir ki, xəstəliyin yayılmasının qarşısını almaq üçün hökumət tərəfindən bəzi məhdudiyyətlər tətbiq ediləcək.

6 iyuldan etibarən bar, restoran, kafe, ibadət yerləri və əyləncə məkanları 1 həftəlik bağlanacaq. Eyni zamanda insanların 13 milyonluq şəhərə giriş-çıxışına da məhdudiyyət qoyulacaq.

pia.az