Rusiya Ukraynada vuruşmaq üçün “cəza batalyonları” yaradır

“Vaqner” qrupu Sank-Peterburqdakı cəza çəkmə müəssisələrində Donbasda vuruşmaq üçün dustaqları ələ almağa çalışır. PİA.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Dustaqlara amnistiya, yarım il müddəti üçün 200 min rubl maaş və ölərlərsə, 5 milyon rubl vəd edilir. Bu barədə dustaqların qohumları “Vajnıe istorii” nəşrinə danışıblar.

pia.az