SEPAH yenidən Azərbaycanı təhdid edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Tehrana səfəri fonunda SEPAH-ın Telegram kanalından Azərbaycana qarşı daha bir təhdid səsləndirilib...

İyulun 4-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Tehrana səfəri zamanı İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahianla görüşü ilə bağlı SEPAH-ın Telegram kanalı həmişəki kimi öz dağıdıcı və təxribat xarakterli mövqeyini ortaya qoyub. PİA.az xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.

Belə ki, Azərbaycan və İran bayraqlarından foto paylaşan SEPAH-ın Telegram kanalı Seyhun Bayramovun İrana səfərinə qərəzli şərh verərək yazıb:

“Sionist rejimin şimal sərhədlərimizdəki müttəfiqləri bilməlidirlər ki, biz tozları təmizləmək üçün süpürgədən istifadə edirik. Amma bəzən lazım gəldikdə “Fateh”i (İranın ballistik raketi) də işə salırıq...”.

pia.az