Hafiz Hacıyev polisləri təbrik etdi

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Polisləri günləri münasibəti ilə təbrik edib.

Təbrikdə deyilir:

Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan az sonra Nazirlər Şurasının 1918-ci il 2 iyul tarixli sərəncamı ilə Daxili İşlər Nazirliyinin tərkibində müstəqil Azərbaycanın polis orqanları yaradıldı. Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edir. Asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlıqla mübarizə kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirən Azərbaycan polisi xalqımızın güvən yerinə çevrilib.

Azərbaycan polisi Birinci Qarabağ müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etdi. Daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyətinin 931 nəfəri bu müharibədə şəhid oldu. Polisin sıralarında xeyli sayda Milli Qəhrəman adına, habelə orden və medallarla təltifə layiq görülənlər oldu.

İkinci Qarabağ müharibəsində də Daxili İşlər Nazirliyinin hərbi hissələri millətimizin və dövlətimizin tarixində önəmli mərhələ olan günlərdə  düşmənə qarşı amansız döyüşlərdə şücaətlə döyüşdülər.

Bu gün Azərbaycan polisi öz peşəkarlığını artırmaqla yanaşı, beynəlxalq standartlara uyğunlaşdırılır. Ulu öndər Heydər Əliyevin 1998-ci il 24 may tarixli fərmanı ilə hər il iyulun 2-si Azərbaycan Polisi Günü kimi qeyd olunur.

Müasir Müsavat Partiyası "Polis günü" münasibətilə bütün polisləri təbrik edir, dövlətimizin və millətimiz üçün önəmli işlərində nailiyyətlər arzu edirik!

pia.az