Türkiyə ilk dəfə "Akıncı" lazerlə idarə olunan raketi sınaqdan keçirib - Video

Türkiyə istehsalı olan "Bayraktar Akıncı" PUA lazerlə idarə olunan raketi sınaqdan keçirib.

"Report" bu barədə "Anadolu" agentliyinə istinadən xəbər verir.

Məlumata görə, PUA Türkiyənin şimal-qərbində yerləşən Tekirdağ vilayətindəki Çorlu aviabazasından havaya qalxaraq, lazerlə idarə olunan qanadlı raketlə saxta düşmənin hədəfini dəqiqliklə vurub.

"Akıncı" PUA daha əvvəl “Anadolu Qartalı - 2022” təlimi çərçivəsində verilən tapşırıqları uğurla yerinə yetirib.

pia.az