Toyda bıçaqlana tamadanın oğlu: “Mənə də bıçaq vurdular” + Təfərrüat 

Bakıda toyda bıçaqlanan məşhur tamada Natiq Dağlaroğlunun səhhəti ilə bağlı son durumu açıqlanıb.

Onun oğlu Məhəmməd İsaq Oxu.Az-a açıqlamasında bildirib ki, toy bitəndən sonra kənar şəxslər onun atasını bıçaqlayıblar:

“Toydan sonra atam musiqiçiləri yola salan zaman kənardan bir adam gəldi, kobud danışdı. Atam da ona dedi ki, adam özündən böyük şəxslə belə danışmaz. Bu zaman atama arxadan beş-altı, mənim də döş qəfəsimdən və belimdən bıçaqla zərbə vurdular. Atamın vəziyyəti orta ağırdır. Reanimasiyadadır”.

***

Bakıda məşhur tamada Natiq Dağlaroğlu toyda bıçaqlanıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə “Altun” restoranında baş verib.

Belə ki, naməlum şəxs toy zamanı Natiq Dağlaroğlunu bıçaqlayıb.

O, yaralı vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Yaxınlarının sözlərinə görə, Natiq Dağlaroğlu əməliyyat olunduqdan sonra reanimasiya şöbəsinə yerləşdirilib.

Məlumata görə, hadisə nəticəsində atasını restorandan götürməyə gedən oğlu Məhəmməd də xəsarət alıb.

pia.az