İsti havada bu içkiləri içmək zərərlidir - Dietoloq

İsti havalarda insanların çox içdiyi bəzi populyar sərinləşdirici içkilər əksinə orqanizmə ciddi zərər vura bilər.

PİA.az xəbər verir ki, dietoloq qara siyahını təqdim edib.

- Soyuq buzlu su – kəskin temperatur fərqi immunitetin işinə mane olur, soyuqdəymə və boğaz ağrısı ola bilir

- Qəhvə, qara çay – bu içkilərdə olan kofein sidikqovucu və damar genişləndiricidir. İsti havada damarlara daha pis təsir edir

- Meyvə şirələri, qazlı içkilər – təzyiqi qəfil qaldıra bilər, mədəaltı vəzə zərbədir, diabet və onkoloji xəstəliklərə yol açır

- Alkoqollu içki – isti havada spirtli içki infarkta səbəb olur

pia.az