“Qızıl portağal” festivalının vaxtı açıqlandı

Bu il Türkiyənin Antalya vilayətində təşkil olunacaq 59-cu "Qızıl portağal" beynəlxalq film festivalı oktyabrın 1-də başlayacaq.

PİA.az axşam.az-a istinadən xəbər verir ki, Antalya Böyükşəhər Bələdiyyəsindən bildirilib ki, festival çərçivəsində "Edebiyat Uyarlaması Uzun Metraj Senaryo" müsabiqəsi də keçiriləcək.

Türkiyədə böyük maraqla gözlənilən müsabiqə kino və ədəbiyyatı bir araya gətirərək hər iki sahə üçün məhsuldar mühit yaratmağı hədəfləyir.

Qeyd edək ki, festival oktyabrın 8-dək davam edəcək.

pia.az