Üç məhkəmə hakiminin səlahiyyətlərinə vaxtından əvvəl xitam verildi - Sərəncam

Prezident İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri hakimlərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb.

PİA.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən, aşağıdakı hakimlərin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib:

Bağırov Məhəmməd Abduləli oğlu - Füzuli Rayon Məhkəməsinin hakimi və sədri

Əmirxanova Kəmalə Fərman qızı - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi

Mustafayev Nofəl Qara oğlu - Tovuz Rayon Məhkəməsinin hakimi.

pia.az