NATO-nun yeni strateji konsepsiyası təsdiqlənib: Ən böyük təhlükə Rusiyadır - Yenilənib

NATO-nun yeni konsepsiyası hazırlanarkən Rusiya ilə pisləşən münasibətlər nəzərə alınıb.

Bu barədə NATO-nun bu gün keçirilən Madrid Sammitində qəbul olunan bəyannamədə bildirilir.

“Müttəfiqlərimizin təhlükəsizliyinə ən böyük və birbaşa təhdid Rusiyadır. Sərhəd təhlükəsizliyimizi gücləndirəcəyik”, - deyə bəyannamədə qeyd olunub.

***

NATO-nun yeni strateji konsepsiyası təsdiqlənib.

Bu barədə NATO baş katibi Yens Stoltenberq "Twitter"də bildirib.

"NATO liderləri yeni strateji konsepsiyamız, daha rəqabətli dünyada Alyansımızın planı barədə razılığa gəldilər", o bildirib.(apa)

pia.az