Cəlilabadda qəzada ölən və xəsarət alan şəxslərin kimliyi məlum olub - Yenilənib

Cəlilabadda qəzada ölən və xəsarət alan şəxslərin kimliyi məlum olub.

"Report"un Muğan bürosunun məlumatına görə, xəsarət alanlar rayonun Sabirabad kənd sakinləri, 1997-ci il təvəllüdlü Əliyev Ramal Natiq oğlu, 2004-cü il təvəllüdlü Abbasov Aslan Fikrət oğludur.

Qəza nəticəsində Sabirabad kənd sakini, 2004-cü il təvəllüdlü Məmmədov Dünyamalı İslam oğlu hadisə yerində ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

Cəlilabadda ağır yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, qəza zamanı “Hyundai santa fe” markalı minik avtomobili ilə “VAZ 2107“ markalı minik avtomobili toqquşub.

Nəticədə avtomobillərin sürücüləri müxtəlif dərəcəli xəsarətlər alıblar. Bir nəfər sərnişin isə hadisə yerində ölüb.

Yaralılar rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

pia.az