Xəzəryanı ölkələr əməkdaşlıq haqqında saziş üzərində işləri sürətləndirir

Xəzəryanı ölkələr əməkdaşlıq haqqında saziş üzərinə işi sürətləndirmək barədə razılığa gəliblər.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Xəzəryanı ölkələrin XİN rəhbərlərinin görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.

"“Xəzər beşliyi” ölkələri Xəzərdə etimad quruculuğu tədbirlərinin və hərbi əməkdaşlığın gücləndirilməsi üzrə saziş üzərində işi sürətləndirmək barədə razılığa gəliblər", deyə Rusiya XİN başçısı vurğulayıb.

pia.az