Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin növbəti görüşü iyulun 1-də keçiriləcək

İyulun 1-də Türkiyə və Ermənistanın xüsusi nümayəndələri - səfir Sərdar Kılıç və parlament sədrinin müavini Ruben Rubinyan arasında görüş olacaq.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Tərəflər arasında görüş Avstriyanın paytaxtı Vyanada olacaq.

pia.az