Bu gün vəfat edən Cüneyt Arkının vəsiyyəti açıqlandı - Yenilənib, Video

Türk kinosunun əfsanəvi simalarından olan Cüneyt Arkın dünən axşam saatlarında evində halı pisləşərək xəstəxanaya aparılıb. Bütün cəhdlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Ölümündən sonra aktyorun vəsiyyəti ortaya çıxıb.

Cüneyt Arkın daha əvvəl Bilal Özcanın “Laf aramızda” proqramında iştirak etmiş və söhbət zamanı qazandığı pulla heç vaxt sərmayə etmədiyini demişdi: “Pulun, şöhrətin qədrini bilmədik. Uzun ömür yaşasam, səfalət içində qala bilərəm, ölə bilərəm”.

Atlara xüsusi marağı ilə tanınan Cüneyt Arkın proqramda vəsiyyətini açıqlayıb:

“Atım Həsrətimin yanında dəfn olunmaq istədim. Amma sonra səhv başa düşüləcəyindən qorxdum. “Məni valideynlərimin yanında dəfn edin”, dedim”.

***

Türkiyəli aktyor Cüneyt Arkın 85 yaşında vəfat edib.

Bu barədə NTV məlumat yayıb.

Qeyd edək ki, aktyor 1937-ci il sentyabrın 8-də Türkiyənin Əskişəhər şəhərində anadan olub. O, "Koroğlu", "Malqoçoğlu Cem Sultan", "Haqq yolu", "Dəli Yusif", "Dünyanı xilas edən adam", "Quruluş: Osman" ekran əsərlərində oynadığı rollarda məşhurluq qazanıb.

pia.az