Batman şəhərində Qarabağ parkı açılacaq

İyunun 30-da Türkiyənin Batman şəhərində Qarabağ parkı açılışı olacaq.

Türkiyə KİV xəbər verir ki, Azərbaycanın Qarabağ Zəfərinə həsr olunan parkın sahəsi 15 397 m² təşkil edir.

Azərbaycan mədəniyyətinin izlərini daşıyan parkın açılışında xalq artisti Azərin “Çırpınırdın, Qara dəniz” ifası ilə çıxış edəcək. Açılışa Batman bələdiyyəsi rəsmiləri və Azərbaycan nümayəndələri qatılacaq.

pia.az