Bakıda hərbi orkestrlərin çıxışları maraqla qarşılanıb

26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları təşkil olunub. Çıxışlar sakinlər və şəhərin qonaqları tərəfindən maraqla qarşılanıb.

PİA.az xəbər verir ki, hərbi orkestrlər aşağıdakı ünvanlarda çıxış edib: - Heydər Əliyev parkında (Heydər Əliyev sarayının qarşısı); Azneft dairəsindəki bayraq meydanında; Muzey Mərkəzi (bulvar fontanının qarşısı); Zabitlər parkında; Koroğlu parkında; Fəvvarələr meydanında.

Qeyd edək ki, bu gün hərbi orkestrlər paytaxtın müxtəlif yerlərində yürüş ediblər: - Heydər Əliyev Sarayı - Bülbül prospekti - Nizami kinoteatrı - Neftçilər prospekti - Azadlıq meydanı - AMAY ticarət mərkəzi;

Şəhidlər Xiyabanı - Alov qüllələri - İçərişəhər metrosu - Qala qapısı - Kukla teatrı - AzNeft dairəsi - Bəhram Gur heykəli; Hüseyn Cavid parkı - Hüseyn Cavid prospekti - Parlament prospekti - Şəhidlər Xiyabanı; Zabitlər parkı - Milli Sirk - Heydər Əliyev sarayı - Səməd Vurğun küçəsi - Neftçilər prospekti; Nərimanov heykəli - Mərkəzi park - Milli Dram Teatrı - Qış parkı - Heydər Əliyev sarayı - Milli Bank.

Foto və mətn: Mirzə Əlizadə

pia.az