Bakıda Silahlı Qüvvələr Günü münasibətilə hərbi orkestrlərin yürüşləri başlayıb

Bakıda Silahlı Qüvvələr Günü münasibətilə hərbi orkestrlərin yürüşləri başlayıb26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin yürüşləri və nümunəvi çıxışları təşkil olunub.

Hərbi orkestrlər aşağıdakı marşrutlar üzrə yürüş edir:

- Heydər Əliyev sarayı - Bülbül prospekti - Nizami kinoteatrı - Neftçilər prospekti - Azadlıq meydanı - AMAY ticarət mərkəzi;- Şəhidlər Xiyabanı - Alov qüllələri - İçərişəhər metrosu - Qala qapısı - Kukla teatrı - AzNeft dairəsi - Bəhram Gur heykəli;- Hüseyn Cavid parkı - Hüseyn Cavid prospekti - Parlament prospekti - Şəhidlər Xiyabanı;- Zabitlər parkı - Milli Sirk - Heydər Əliyev sarayı - Səməd Vurğun küçəsi - Neftçilər prospekti;- Nərimanov heykəli - Mərkəzi park - Milli Dram Teatrı - Qış parkı - Heydər Əliyev sarayı - Milli Bank.

Qeyd edək ki, bu gün saat 19:00-dan 21:00-dək müəyyən edilmiş yerlərdə orkestrlərin nümunəvi çıxışları olacaq:

- Heydər Əliyev parkında (Heydər Əliyev sarayının qarşısı);- AzNeft dairəsindəki bayraq meydanında;- Muzey Mərkəzi (bulvar fontanının qarşısı);- Zabitlər parkında;- Koroğlu parkında;- Fəvvarələr meydanında.

pia.az