Lavrov bu gün İrana səfər edəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 22-də İrana səfər edəcək.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov məlumat verib.

"Sabah Sergey Lavrov İrana səfər edəcək", - o tviter səhifəsində yazıb. M.Ulyanov təfərrüatları açıqlamayıb.

pia.az