Mən sənsiz kor bir günəşəm - Cavid Fərzəlidən yeni şeir

Mən sənsiz kor bir günəşəm;Məhbus buludlarda, Ayağı kirli yağışlarda.

Gecənin dibindəBir axşam çiçəyindəƏllərinə soyuğam ayrılığın.

Qaragözlü çöllərdəAy işığı ayağını sürüyür, Barmaqlarım siqaretimi boğub öldürür.

Gözləməkdən dizləri qatlanıb oturacaqların... Qız ulduzlarda, Yarıyuxulu gecələrdə.

Ovucları saralmış dənizdən öyrəndim ki Məğlub kişi ayrılıqdan yetim qalan əllərini öldürər.Mənsə hələ də səni danışıram:kor şəkillərə, təkgözlü şam ışığına.

Cavid Fərzəli

pia.az