Patruşev İrəvanda səfərdədir

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev İrəvana gəlib.

APA “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, Patruşev burada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrindən olan həmkarları ilə görüşəcək.

Bildirilir ki, sabah İrəvanda KTMT-yə üzv dövlətlərin Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin iclası keçiriləcək.

İclasda təşkilat ölkələrinin təhlükəsizliyinə çağırış və təhdidlərin neytrallaşdırılması tədbirləri müzakirə olunacaq.

pia.az