Flora Kərimova nənə oldu: “Nə ad qoyulsa, mənə qəbuldur” Foto

Xalq artisti Flora Kərimovanın nəvəsi doğulub.

80 yaşlı sənətkarın qızı Zümrüdün oğlu dünyaya gəlib.

Bu barədə Oxu.Az-a açıqlama verən Flora Kərimova artıq “stajlı nənəyəm” deyib:

“Oğlumun iki övladı var, indi qızımın uşağı dünyaya gəldi. Allah hər kəsə bu gözəl hissləri yaşamağı nəsib etsin. Qızım da yaxşıdır, şükür. Oğul nəvəm oldu, qız nəvəmi də gözləyirəm, balaca “Florıçka”nı gözləyirəm. Təbrik edən, sevincini mənimlə birlikdə bölüşən hər kəsə təşəkkürümü bildirirəm. Həyəcanlıyam. Balacanın adı hələ qoyulmayıb. Bu oğul nəvəmə kürəkənim tərəfdən nə ad qoyulsa, mənə qəbuldur. Təki sağ-salamat, əli-ayağı düz, ağlı yerində, namuslu bir övlad olsun”.

Qeyd edək ki, Zümrüd hazırda İngiltərədə yaşayır. O, ikinci dəfə ailə həyatı qurub.

pia.az