Zelenskinin Avropa liderləri ilə görüşü başa çatıb - Yenilənib

Ukrayna Prezidenti Vladimir Zelenskinin Almaniya kansleri Olaf Şolts, Fransa Prezidenti Emmanuel Makron, İtaliyanın baş naziri Mario Draqi və Rumıniya Prezidenti Klaus İohannis ilə Kiyevdə görüşü başa çatıb.

APA Ukrayna Xəbər Agentliyinə istinadən xəbər verir ki, görüşdən sonra müvafiq bəyanatı Prezident Aparatının rəhbərinin müavini Andrey Sibiqa açıqlayıb.

“Dörd liderin Kiyevə bu səfəri və danışıqlarımız bir daha sübut etdi ki, bizim əsas gücümüz və ən səmərəli silahımız birlikdir”, - deyə Zelenski bildirib.

Onun sözlərinə görə, görüş zamanı tərəflər aşağıdakıları müzakirə ediblər:

Ukraynanın müdafiəsinin davam etdirilməsi və gücləndirilməsi;

Ukraynanın iqtisadi dəstəyinə və müharibədən sonrakı bərpaya tərəflərin yanaşmalarının əlaqələndirilməsi;

Rusiyanın səbə olduğu ərzaq böhranına qarşı;

Rusiyaya qarşı gələcək sanksiyalar;

Görüşdə həmçinin Avropanın gələcəyi və Ukraynanın Avrointeqrasiya məsələlərinə mühüm diqqət yetirilib.

Zelenski, öz növbəsində, müdafiə üçün prioritet ehtiyacları qeyd edib.

Məlumata görə, Ukraynaya ilk növbədə ağır silahlar, müasir raket artilleriyası və raket əleyhinə müdafiə sistemlərinin göndərilməsi gözlənilir.

***

Ukrayna Prezidenti Volodimir Zelenski ilə Almaniya kansleri Olaf Şolts, Fransa Prezidenti Emmanuel Makron və İtaliyanın Baş naziri Mario Draqi arasında görüş başlayıb.

“Report” xəbər verir ki, məlumatı UNIAN yayıb.

Məlumata görə, Volodimir Zelenski onları İrpen şəhərinə səfərdən sonra salamalayıb. Bu, fevralın 24-dən, Rusiyanın Ukraynaya müdaxiləsindən sonra onların ilk canlı təmasıdır.

Qeyd edək ki, görüşə Ukraynada səfərdə olan Rumıniya Prezidenti Klaus Yohannis də qatılıb.

pia.az