Karen Donfrid Şəhidlər xiyabanını ziyarət edib

ABŞ dövlət katibinin köməkçisi Karen Donfrid Şəhidlər xiyabanını ziyarət edib.

Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi məlumat yayıb.

Bildirilib ki, K.Donfrid Şəhidlər xiyabanını ziyarət edərək həlak olanların xatirəsini ehtiramla yad edib:

“İnancları uğrunda canlarını fəda edən bütün insanları yad edir, münaqişə nəticəsində yaxınlarını itirən ailələlərə və dostlarını itirən insanlara başsağlığı veririk”.

pia.az