ABŞ Ukraynaya 1 milyard dollarlıq silah alacaq

ABŞ hakimiyyəti Ukraynaya tədarük üçün təxminən bir milyard dollar məbləğində silah alacağını elan edəcək.

Bu barədə "Reuters"in məlumatında qeyd olunub.

Bildirilib ki, Vaşinqton xüsusilə Kiyev üçün artilleriya, gəmi əleyhinə raketlər və haubitsa mərmiləri almağı planlaşdırır.

pia.az