Bakıda vətəndaşın aldığı çörəkdən iynə çıxdı: Araşdırmalar başladı - Yenilənib, Video

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Bakıda vətəndaşın aldığı çörəkdən iynə çıxması barədə açıqlama verib.

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ AQTA tərəfindən artıq nəzarətə götürülüb:

“Araşdırmalara başlanılıb, aparılan araşdırmanın nəticəsi ilə bağlı əlavə məlumat veriləcək”.

***

Bakıda vətəndaşın aldığı çörəkdən iynə çıxıb.

Bu barədə Oxu.Az-ın redaksiyasına vətəndaş müraciət edib.

Bildirilib ki, “Nur” çörək zavodunun istehsal etdiyi məhsuldan iynə çıxıb.

Həmin görüntüləri təqdim edirik:

Qeyd edək ki, yanvarın 7-i saat 16 radələrində paytaxtın Nərimanov rayonu, İ.Abışov küçəsində yerləşən “İsrafiloğlu” MMC-yə məxsus “Nur” çörək zavodunda bədbəxt hadisə baş verib. Həmin gün orada fəhlə işləyən 1971-ci il təvəllüdlü Mətanət Həsənova zavodun istehsalat sexində xəmir qarışdıran qurğunun alt hissəsini təmizləyərkən həmin qurğunun digər işçi tərəfindən ehtiyatsızlıqdan işə salınması nəticəsində qolu qarışdırıcının arasında qalıb və almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.

pia.az